Xəbər lenti

Azərbaycanlı Londonun mer postu uğrunda mübarizə aparacaq
Siyasət 10:01 22.09.2020

Azərbaycanlı Londonun mer postu uğrunda mübarizə aparacaq

Azərbaycanlı Kamran Balayev (Kam Balayev) London meri postuna namizəddir.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan və çalışan beynəlxalq səviyyəli vəkil K.Balayevin namizədliyi mərkəzçi "Renew” partiyasından irəli sürülüb.

Kamran Balayev, Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. Eyni zamanda BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan "Sərhədsiz Hüquqşünaslar” təşkilatının qurucusudur.

Qeyd edək ki, Londonda mer seçkiləri 2021-ci ildə keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->