Tehranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda mübarizə aparan fəal tutulub.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tehran şəhər sakini Behnam Nurməhəmmədini martın 14-də iş yerində tutub naməlum istiqamətə aparıblar. Azərbaycanlı fəalın həbs olunmasının səbəbi və hazırda harada saxlanması barədə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, Behnam Nurməhəmmədi milli zəmində apardığı fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutularaq İran təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalıb.
Şərhlər