Rusiyanın Monteneqrodakı səfirliyi azərbaycanlı iş adamı Telman İsmayılovun və Rusiya Alkoqol Bazarının Tənzimlənməsi üzrə Federal Xidmətin ("Rosalkoqolrequlirovanie”) keçmiş rəhbəri İqor Çuyanın təhvil verilməsi üçün lazım olan materialları təqdim edib.
Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu iş adamının cinayət məsuliyyətinə cəlb edilməsi üçün oktyabrın 15-də onun ekstradisiyasını istəyib.
Xatırladaq ki, Telman İsmayılov oktyabrın 1 -də Podqoritsada Rusiya tərəfinin verdiyi beynəlxalq order əsasında saxlanılıb. O, bunun ardınca oktyabrın 2-si 2 ay müddətinə azadlıqdan məhrum edilib.Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur və 2017-ci ildə qiyabi həbs edilib. İsmayılovun vəkili Marina Rusakova isə bildirib ki, noyabrın 12-də Podqoritsa məhkəməsi azərbaycanlı biznesmenin ona Monteneqroda siyasi sığınacaq verilməsi ilə bağlı ərizəsinə baxacaq.
Şərhlər