Xəbər lenti

Azərbaycanlı milyonçuların bazarından saxta pul alan tutuldu
Ekonomiks 14:02 31.03.2018

Azərbaycanlı milyonçuların bazarından saxta pul alan tutuldu

Rusiyanın Ryazan şəhərində Azərbaycan vətəndaşı saxta əsginaslarla saxlanılıb. 

Qaynarinfo-nun lent.az-a istinadən məlumatına görə, onun üzərindən 131 ədəd 1000 rublluq pul götürülüb.

İstintaqa verdiyi ilkini ifadədə o bildirib ki, saxta pulları Moskvada yerləşən "Sadovod”  bazarından əldə edib. Məqsədi isə Ryazanda reallaşdırmaq imiş.

Xatırladaq ki, "Sadovod” əslən Quba rayonundan olan milyonçular Qod NisanovZarah İliyevə məxsusdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->