Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva prezident Rəcəb Tayyip Ərdoğanın baş nazir olduğu dövründən bəhs edəcək filmdə rol alacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, "Kod adı K.O.Z" filmdə 17 dekabr əməliyyatından bəhs olunacaq.
Ekran işində Məryəm obrazını canlandıracaq modellə birlikdə həyat yoldaşı, aktyor Tolqa Karel də çəkiləcək.
Ərdoğan obrazını Orhan Kılış canlandıracaq. Media nümayəndələri ilə görüşən filmin yaradıcı heyəti sualları cavablandırıb. "Kod adı K.O.Z"də müğənni Sibel Canın keçmiş həyat yoldaşı Hakan Ural da rol alacaq.
Rejissor noyabrda çəkilişlərinə başlayacaqları filmi 2015-ci ilin fevralında təqdim edəcəklərini bildirib.
Qaynar.info
Şərhlər