Müğənni Ziyafət Yaqubova ARB TV-nin "Səhər-səhər” verilişinin qonağı olub.
Qaynarinfo xəbər verir ki, sənətçi artıq adını dəyişdiyini və Enda qoyduğunu deyib. O bildirib ki, əcnəbi bəylə ailə qurub və xaricdə yaşayır. Bakı üçün darıxdığını deyən Ziyafət kövrəlib:
"Bu haqda çox danışmaq istəmirəm. Buralardan çox inciyib getdim”.
Aparıcı Elgiz Əkbər Z.Yaqubovanın ailəsi tərəfindən ölümlə hədələndiyini deyib:
"Buna görə də gedib oteldə qalır. Üzümü onun qohumlarına tutub deyirəm ki, onu üzməyin. Ailə qurub, buradan gedib, niyə onu üzürsünüz? Gözəl səsi var, siz bununla fəxr etməlisiniz".
Şərhlər