ABŞ hərbi bazalarının Ermənistan ərazisində peyda olması ehtimalını müzakirə etmək hələ tezdir.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.
"Bu barədə danışmaq hələ tezdir", - o, İrəvanın siyasətindəki dəyişikliklərlə əlaqədar respublikada ABŞ hərbi bazalarının görünməsi gözləniləndirmi sualına cavab verib.
Bundan əvvəl Ermənistan-ABŞ strateji dialoq görüşünün yekun birgə bəyanatında bildirilib ki, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək və əməkdaşlığın statusunu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyi hədəfləyəcəklər.
Alpər
Şərhlər