XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ Dövlət Departamenti Ukraynaya 2,68 milyard dollarlıq HHM sistemləri və sursat satışını təsdiqləyib
Dünya09:49 19.09.2026

ABŞ Dövlət Departamenti Ukraynaya 2,68 milyard dollarlıq HHM sistemləri və sursat satışını təsdiqləyib

ABŞ Ukraynaya ümumi dəyəri 2,68 milyard dollar olan hava hücumundan müdafiə sistemləri və sursatların mümkün satışını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayımlanan açıqlamada bildirilib.

Məlumata görə, Ukrayna hakimiyyəti S-300 hava hücumundan müdafiə sistemləri üçün analoji raketlər, GAM-67 raketləri, lazer tuşlamalı uzaqmənzilli raket sistemləri, özüyeriyən raket buraxılış qurğuları, pilotsuz uçuş aparatlarının aşkarlanması sistemləri, mobil buraxılış qurğularının modernləşdirilməsi üçün dəstlər, həmçinin əlavə avadanlıq və təmir-baxım xidmətlərinin alınmasına icazə istəyib.

Dövlət Departamenti vurğulayıb ki, söhbət əsas hərbi texnika və silah nümunələrinə aid olmayan vasitələrdən gedir.

Departament hesab edir ki, silahların maliyyələşdirilməsi Avropa ölkələri tərəfindən Kiyevə ayrılan vəsait, həmçinin ABŞ-ın sabiq Prezidenti Co Baydenin administrasiyası tərəfindən “Foreign Military Financing” mexanizmi çərçivəsində təqdim edilən vəsait hesabına həyata keçiriləcək. Bu mexanizm xarici dövlətlərə ABŞ istehsalı olan silahların alınması üçün qrant və kreditlərin verilməsini nəzərdə tutur.