XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yardımlıda açıq ərazidə yanğın oldu (VİDEO)
Ölkə22:19 18.09.2026

Yardımlıda açıq ərazidə yanğın oldu (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qaynarinfo xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 ha sahədə quru ot yanıb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.