Xəbər lenti

Ancelina Coli “Tony” Mükafat mərasimində möhtəşəm paltarı ilə hamını heyran etdi
Foto 12:32 17.06.2024

Ancelina Coli “Tony” Mükafat mərasimində möhtəşəm paltarı ilə hamını heyran etdi

Bazar günü, iyunun 16-da, 77-ci Tony Mükafatları 2024-ün mükafatlandırma mərasimi baş tutub. Ancelina Coli və qızı Vivienne tədbirə qatılıb.

Qaynarinfo xəbər verir ki, məşhur Hollivud aktrisası illik Tony Awards mükafatlandırma mərasiminin qonağı olub. O, mükafata namizəd olan "The Outsiders” (Autsayderlər) musiqili filmində ona kömək edən kiçik qızı Vivienne ilə qırmızı xalçaya çıxıb. Coli müziklin prodüseridir.

49 yaşlı ulduz qırmızı xalçaya Atelier Versace-dən şallı dəbdəbəli nanə yaşılı draped libası ilə çıxıb.

Ancelina Coli və Bred Pittin 15 yaşlı qızı Colinin imicini təsirli şəkildə tamamlayan zümrüd rəngli şalvar kostyumu geyinib. Görünüş gödəkçəli enli şalvar və ağ köynəkli papyondan ibarətdir. Qırmızı xalçada ana və qızı əl-ələ tutublar.

"The Outsiders” musiqili mükafatlandırma mərasimində dörd Tony mükafatı alıb və mərasimin qaliblərindən biri olub: Ən Yaxşı Müzikl, Müzikldə Ən Yaxşı İşıqlandırma, Müziklə Ən Yaxşı Səs, Müzikldə Ən Yaxşı Rejissor. Müzikl amerikalı yazıçı Suzan Hintonun eyniadlı romanı əsasında çəkilib. Musiqili premyerası 2024-cü ilin aprelində Nyu Yorkda Brodveydə baş tutub.

Mərasimin qalibi Daniel Okinin "Stereofonik” tamaşası olub. Ən yaxşı rejissor və ən yaxşı aktyor da daxil olmaqla beş Tony mükafatı qazanıb. Baş rollarda Daniel Radcliffe və Jonathan Groffun oynadığı "Merrily We Roll Along" pyesi də dörd mükafat qazanıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->