Azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Karen Onidia Danqe adlı xanımla ailə həyatı qurub.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, toy fevralın 14-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Karen Onidia Danqe - Vyana konservatoriyasının solistidir.
Qeyd edək ki, Abuzər Manafzadə tanınmış azərbaycanlı pianoçu və müəllimi, Əməkdar artist, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğludur.
Şərhlər