Xəbər lenti

Sənət 16:55 07.04.2019

Azərbaycanlı musiqiçi Fransada klipə çəkilib (FOTO)

Azərbaycanlı musiqiçi Səddam Novruzbəyov Parisdə klipə çəkilib. 

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Səddam Novruzbəyov "Clara Yse" qrupunun bu yaxınlarda işıq üzü görmüş klipində klarnetdə ifa edib. Klipdə azərbaycanlı musiqiçi fransalı həmkarlarını Azərbaycan musiqisinə məxsus milli çalarlarla müşayiət edib.

Bundan əlavə azərbaycanlı musiqiçi "Clara Yse" qrupunun bu yaxınlarda işıq üzü görmüş CD albomunda yer alan 5 mahnısının 2-də balaban, 2-də klarnet və birində tütək ifa edir.

Xatırladaq ki, Səddam Fransanın Normandiya, Paris, Lion və digər şəhər və regionlarında keçirilən konsertlərdə özünün bacarıqlı ifası ilə Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edir. 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->