Xəbər lenti

Azərbaycanlı oliqarxın tikdiyi stadionda prezident tualetinə irad var
İdman 19:31 03.02.2018

Azərbaycanlı oliqarxın tikdiyi stadionda prezident tualetinə irad var

Rusiyanın Kalininqrad şəhərində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən stadiona Beynəlxalq Futbol Federasiyası (FİFA) irad bildirib. Virtualaz.org Znak.com saytına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan sənədə əsasən FİFA müfəttişləri stadionun prezidentlər v digər VİP-qonaqlar üçün nəzərdə tutulmuş tualetindən narazı qalıblar. Bu stadionu azərbaycanlı oliqarx Araz Ağalarovun "Crocus Group” şirkəti inşa edir.

Bildirilir ki, müfəttişləri stadiondakı VVİP (very-VİP) tipli tualetlərin təmir üslubu qane etməyib. Belə tualetlər xüsusi olaraq səfirliklərin nümayəndələrinin, hökumət üzvlərinin və FİFA prezidenti Canni İnfantinonun istifadəsi üçün nəzərdə tutulur.

Məlumata görə müfəttişlər tualetlərin onların gözləntilərinə cavab vermədiyini, tualetdən çox ofis mərkəzini xatırlatdığını bildiriblər və məruzə tərtib ediblər. Rusiua nümayəndələri nöqsanları aradan qaldıracaqlarına vəd veriblər.

Kalininqrad hökuməti rəsmiləri isə belə məruzənin hazırlanması barədə deyilənləri təkzib edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->