Xəbər lenti

Dünya 09:37 09.03.2020

Azərbaycanlı prokuror beynəlxalq istintaq qrupunun rəhbəri oldu

Ukrayna Baş prokurorunun müavini Gündüz Məmmədov MH17 işi üzrə Ukraynadan olan beynəlxalq istintaq qrupuna rəhbərlik edəcək.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir kiki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti "Facebook" səhifəsində məlumat yayıb.

Məlumatda deyilir: "298 mülki şəxsin ölümü ilə nəticələnən sərnişin təyyarəsinin qəzasını araşdırmaq üçün beynəlxalq istintaq qrupunun işi davam etdirilib. JİT-in (Joint İnvestigation Team-Birgə İstintaq Qrupu) tərkibinə beş ölkənin-Ukrayna, Hollandiya, Belçika, Avstraliya və Malayziya hüquq-mühafizə orqanlarının nümayəndələri daxildir”.

Qurumdan bildirilib ki, 8 mart 2020-ci ildə Amsterdamda Ukraynadan olan Birgə İstintaq Qrupu üzvlərinin yenilənmiş siyahısı qəbul edilib və təsdiqlənib. Belə ki, hesabata görə, JİT-ə Ukrayna Baş Prokurorluğundan 4 nümayəndə daxil edilib və qrupa Baş prokurorun müavini Gündüz Məmmədov, hansı ki, beynəlxalq cinayətlərin istintaqını mərkəzi səviyyədə əlaqələndirir, rəhbərlik edir. Mətbuat xidməti onu da qeyd edib ki, Ukrayna qrupunda belə yüksək səviyyə ilk dəfə təmin olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->