Xəbər lenti

Azərbaycanlı qadın ərini sevgilisinə öldürtdü: ömürlük həbs cəzası aldılar
Dünya 12:49 17.03.2018

Azərbaycanlı qadın ərini sevgilisinə öldürtdü: ömürlük həbs cəzası aldılar

Türkiyənin Polatlı qəsəbəsində 5 il öncə baş vermiş cinayət işinin istintaqı yekunlaşıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı B.A.-nın əri Z.A.-nı sevgilisi S.Ö-yə öldürtməsi ilə bağlı cinayət işində 5 ildən sonra qərar çıxarılıb, hər iki şübhəliyə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.
 
Hadisə 20 İyul 2013-cü ildə baş verib. Evindən çıxıb məscidə gedən Z.A.-nı seriya nömrəsi bilinməyən bir avtomobil vuraraq, hadisə yerindən qaçıb. Z.A. ağır yaralı olaraq aparıldığı xəstəxanada ölüb. Şahidlərdən birinin verdiyi ifadəyə görə onu vuran avtomobil yüksək sürətlə gəlib və qəza anında əyləcə basmayıb. Hadisəni şübhəli bilən polis araşdırmalara başlayıb. Məlum olub ki, sözügedən avtomobil uzun müddət küçənin tinində gözləyib və telefonla danışdıqdan sonra məlum hadisə baş verib. Daha sonra polis avtomobilin İ.Ö. adlı şəxsə aid olduğunu müəyyənləşdirib.

Araşdırmalar zamanı hadisə baş verən ərəfədə avtomobildə İ.Ö-nün atası S.Ö-nün olduğu məlum olub. Saxlanılan S.Ö. hadisə baş verən səmtə borclu olduğu şəxsə pul vermək üçün getdiyini deyib. O, borclu olduğu şəxsin ölən Z.A.nın keçmiş həyat yoldaşı, azərbaycanlı B.A. olduğunu bildirib. Onun ifadəsindən sonra polis B.A.-nı da saxlayıb. 57 yaşlı azərbaycanlı qadın polisə verdiyi ifadəsində bir müddət S.Ö. ilə birlikdə yaşadığını, sonradan Z.A. ilə ailə qurduğunu etiraf edib. S.Ö. B.A ilə tez-tez görüşdüyünü desə də, azərbaycanlı qadın bunu inkar edib. Telefon danışıqlarını araşdıran polis hadisə baş verən gün S.Ö. və B.A-nın 8-9 dəfə bir-birlərilə telefonda danışdıqlarını müəyyənləşdirib.

Məlum olub ki, B.A. öz ərini sevgilisi S.Ö.-nün əli ilə öldürtdürüb.

5 illik istintaqın artından hər iki şübhəliyə Ankara 7. Ağır Cəza Məhkəməsinin qərarı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib. 

Azərbaycanlı qadın məhkəmədə verdiyi ifadəsində ona qarşı oyun qurulduğunu və bunun ölən ərinin uşaqlarının oyunu olduğunu deyib:

"Ərimin uşaqları polislə işbirliyi edərək onun ölüm sənədini dəyişdiriblər. Onlar ərimin mirası və maaşının mənə qalmasını istəmirdilər. Mən ərimi öldürmək üçün heç bir plan hazırlamamışam"

S.Ö. isə bildirib ki, yeganə günahı qəzanı törətdikdən sonra təşvişə düşüb hadisə yerindən qaçması olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->