Dünya 13:16 11.04.2019

Azərbaycanlı qadın Osman Yağmurdərəlinin həyat yoldaşını qarət etdi

Türkiyənin məşhur prodüseri Osman Yağmurdərəlinin həyat yoldaşı Esin Yağmurdərəli azərbaycanlı qadının qurbanına çevrilib.

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, iti ilə yalnız yaşayan Esin Yağmurdərəli ona kömək etmək üçün qadın işçi götürüb. Həmin qadın 3 gün işləyəndən sonra prodüserin həyat yoldaşına yuxu dərmanı verib və evdəki ziynət əşyalarını, gümüş qab-qacağı, həmçinin 11 il əvvəl vəfat edən Osman Yağmurdərəlinin şəxsi əşyalarını oğurlayaraq qaçıb. 

Məsələ ilə bağlı açıqlama verən Esin Yağmurdərəli həmin qadının artıq Azərbaycana qayıtdığını bildirib. O, Bakıdakı rəsmilərlə əlaqə saxladığını və oğrunun cəzalandırılması üçün çalışdığını vurğulayıb.

Gülşən