Xəbər lenti

Azərbaycanlı qanuni oğrular Kiyevdə saxlanıldılar (VİDEO)
Video 10:25 06.05.2018

Azərbaycanlı qanuni oğrular Kiyevdə saxlanıldılar (VİDEO)

İki azərbaycanlı "qanuni oğru” Ukraynadan deportasiya edilib.
 
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, söhbət "Dato Ağcabədinski” və "İlqar Dmanisski”dən gedir.

Belə ki, Kiyev polisi "Dato Ağcabədinski”ni paytaxtın Revusko küçəsində, İstanbuldan gələn "İlqar Dmanisski” ləqəbi ilə tanınan İlqar Əliyevi isə Borispol hava limanında saxlayaraq geri göndərib.

Bildirilir ki, "Dato Ağcabədinski” Ukrayna ərazisinə qeyri-qanuni daxil olaraq öz nüfuzunu artırmaq məqsədi ilə başqa şəhərlərdə öz adamlarını yerləşdirib. Habelə bir neçə topdan satış bazarlarına nəzarəti ələ keçirməyi planlaşdırıb. Onun 3 il müddətinə Ukraynaya girişi qadağan edilsə də, hansı ölkəyə deprtasiya ediliyi bilinmir.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü "Dato Ağcabədinski” bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, 2012-ci ildə Yunanıstanda "taclandırılıb”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->