Azərbaycanlı qapıçı Qazaxıstan klubunun məğlubiyyətinə səbəb oldu (VİDEO)

Azərbaycanlı qapıçı Qazaxıstan klubunun məğlubiyyətinə səbəb oldu (VİDEO)

Qazaxıstan Premyer Liqasında XXX tura start verilib. 

Qaynarinfo xəbər verir ki, Emil Balayevin çıxış etdiyi "Tobol” doğma meydanda "Ordabaşı”nı qəbul edib. Kostanay təmsilçisi oyundan məğlub ayrılıb - 1:2. 

Emil Balayev 90 dəqiqə meydanda olduğu qarşılaşmada 735 dəqiqəlik uğurlu - "quru” seriyası qırılıb. Millimizin qapıçısı buraxdığı hər iki qolda səhvə yol verib. 

Qeyd edək ki, "Tobol” 29 turdan sonra 59 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider "Kayrat"dan 3 xal geri qalır.

XƏBƏRLƏR
BLOGLAR