Sənət 13:20 11.05.2021

Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat etdi

Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib.

"Report”un xəbərinə görə, o, 60 yaşında müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında həyatını itirib.

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə sərgilənib.