Sənət 12:11 25.03.2020

Azərbaycanlı rəssamın qızının koronavirusla bağlı analizlərinin nəticələri açıqlandı (FOTO)

Xalq rəssamı Tahir Salahovun qızı Aydan Salahovanın karantin müddəti yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə məlumat verib.

A.Salahovanın sözlərinə görə, epidemiya ilə bağlı verdiyi analizlərin cavabı mənfi çıxıb.

Qeyd edək ki, tanınmış rəssam Aydan Salahova martın 10-dan 11-nə keçən gecə İtaliyanın Bolonya şəhərindən Moskvaya gəlib. O, bir gün evdə qaldıqdan sonra karantinə alınıb.