Azərbaycanlı sənətçinin ailə faciəsi: 18 yaşlı qızı ölüb (VİDEO)
ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı "Savalan” qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlu olub.
Qaynarinfo xəbər verir ki, o, sənətindən uzaq qalma səbəbindən danışıb:
"Böyük qardaşım rəhmətə getdi və biz də onu çox sevərdik. Onu itirəndən sonra mən 7 il sənətdən uzaq düşdüm. Hansı ki, sənətdə bütün qapılar açılan vaxt idi. İnsanın düşdüyü vaxt olur. O ərəfədə mən hər şeydən üz döndərdim. Allah hərəyə bir ssennari yazıb. 3 il bundan qabaq isə qızım qazdan boğuldu. 18 yaşı var idi. Allah bütün övladları saxlasın. Həyat... Allah hərəyə bir imtahan verər. Özü bilən məsləhətdir ”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər