Ölkə 14:10 05.09.2019

Azərbaycanlı tanınmış alim dünyasını dəyişdi (FOTO)

Türkiyədə çalışan azərbaycanlı alim Mehman Musayev dünyasını dəyişib.

Qaynarinfo "Trend”ə istinadən xəbər verir ki, tanınmış türkoloq, professor Mehman Musayev (Musaoğlu) uzun illərdir Qazi Universitetində çalışıb. O, bu universitetdə Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün sədri olub.

Qaraciyər serrozundan dünyasını dəyişən alim bu gün doğulduğu Kürdəmir rayonunda dəfn ediləcək.