Rusiyanın Soçi şəhərində keçirilən "Yeni Dalğa” festivalında ölkəmizi təmsil edən Aysel Məmmədova ilə bağlı yeni xəbər yayılıb.
Qaynarinfo xəbər verir ki, "Komsomolskaya Pravda” qəzeti Azərbaycanlı müğənninin rusiyalı həmkarı Danil Buranovla sevgili olduğunu iddia edib.
Qəzetin saytı bununla bağlı "Yeni Dalğa”nın eşq dalğası: azərbaycanlı gözəl rusiyalı Buranovu ovsunladı” başlıqlı yazı dərc edib. İddia olunub ki, Danil Buranov festivala sevgilisi İrina ilə qatılıb. Lakin sonradan Aysellə yaxınlaşıb və onlar tez-tez görüşməyə başlayıb. Bu isə İrinanın qısqanclığına səbəb olub.
Danil Buranov - İrina
Bununla bağlı açıqlama verən Danil Buranov iddiaları təkzib edib və Aysellə əməkdaşlıq etdiklərini bildirib: "Biz tez-tez birlikdə görünürük, əlaqə saxlayırıq, ortaq görüşlərimiz olur. Hətta qırmızı xalıya da çox vaxt birlikdə çıxırıq. Ancaq məsələ tamam başqadır. Aysel musiqi yazır, mən isə sözlər. Birlikdə məhsul ərsəyə gətirməkdən danışırıq. Biz sadəcə musiqidən bəhs edirik. Ancaq bu, kənardan fərqli görünür".
Danil Buranov-Aysel Məmmədova
Şərhlər