Xəbər lenti

Sənət 15:32 09.03.2019

Azərbaycanlı yazıçı vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Şamaxıda yaşayıb-yaradan yazıçı Əvəz Süleyman ötən gün axşam saatlarında qəfil ürəktutmasından vəfat edib.

Bu barədə yazar Südabə Sərvi məlumat paylaşıb.

"Bakıdan Şamaxıya qayıdarkən maşını kənara çəkib saxlaya bilib. Ona zəng etsələr də, zəng çatmayıb. Bundan sonra övladları axtarışına başlayıb. Allahdan mərhumun ailəsinə, oglu Hacı Elnur bəyə və yaxınlarına səbir diləyirəm. Dəfn bu gün Şamaxı şəhərində olacaq” – o qeyd edib. (Kult.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->