Xəbər lenti

Azərbaycanlıların qatili olan erməni general tutuldu (VİDEO)
Video 21:00 16.06.2018

Azərbaycanlıların qatili olan erməni general tutuldu (VİDEO)

rmənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları erməni deputat Manvel Qriqoryanı saxlayıblar.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, Qriqoryan Eçimiədzin şəhərində saxlanılıb. Qriqoryanla bərabər Eçmiədzində kriminal avtoritet Artur Asatryan (Don Pipo) da saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Asatryan və Qriqoryanın Eçmiədzindəki iqamətgahlarında yoxlamalar aparılıb. Yoxlamalara səbəb Don Pipo və Qriqoryan arasında son günlər münasibətlərin gərginləşməsi olub. Belə ki, Manvel Qriqoryanın oğlunu Eçmiədzinin meri vəzifəsindən istefaya göndərməkdən ötrü Asatryan şəhərdə çoxlu sayda aksiyalar təşkil edib. Bu isə Baş nazir Nikol Paşinyanın kəskin tənqidinə səbəb olub.

Manvel Qriqoryan artıq iqamətgahından bəzi yüklərini daşıdıb. Bu yüklərin yeşiklərdən ibarət olduğu bildirilib. İddialara görə, yükləri Qriqoryanın oğlu olan mer Karen Qriqoryan Azərbaycanın işğal altında olan rayonu Xocavənddəki evinə göndərib. Erməni mətbuatı bu yeşiklərin içərisində müxtəlif sənədlərin olduğunu bildirib.

General olan Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.

Ən maraqlı məqam isə məhz Qriqoyan Respublika Partiyası sıralarında olmasına rəğmən Serj Sərkisyana xəyanət edərək Paşinyanın tərəfinə keçən ilk şəxslərdən olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->