Son zamanlar "facebook" sosial şəbəkəsində "bookchallenge" adlı kitab aksiyası böyük marağa səbəb olub.
Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər "bookchallenge" aksiyasında ən çox sevdikləri kitabların adlarını paylaşır və dostlarını da aksiyaya qoşularaq, sevdikləri kitabların adlarını paylaşmağa dəvət edirlər. Məqsəd kitaba olan marağı artırmaqdır.
Bu aksiya Azərbaycanda da böyük marağa səbəb olub və bir çox yerli "facebook" istifadəçiləri aksiyaya qoşulublar. ANN.Az saytı araşdırma apararaq, azərbaycanlı "FB" istifadəçilərinin "bookchallenge" aksiyasında adlarını ən çox çəkdiyi kitabların siyahısını hazırlayıb. Həmin siyahını oxucularımıza təqdim edirik.
1. Dostoyevski: "Cinayət və cəza"
2. Viktor Hüqo: "Səfillər"
3. Alber Kamyu: "Yad", "Taun"
4. Corc Oruell: "Heyvanıstan", "1984"
5. Dino Bussati - "Tatar çölü"
6. Xalid Hüseyni: "Çərpələng uçuran"
7. Franz Kafka - əsərləri
8. Selincer: "Çovdarlıqda uçurumdan qoruyan"
9. Erix Mariya Remark: "Zəfər Tağı"
10. Stefan Sveyq: "Dünənin dünyası"
11. Cek London: "Martin İden"
12. Onore de Balzak - əsərləri
13. Lev Tolstoy: "Anna Karenina"
14. Orhan Pamuk: "Qara Kitab"
15. Qurban Səid: “Əli və Nino”
16. Mirzə Fətəli Axundov - əsərləri
17. Cəlil Məmmədquluzadə - "Danabaş kəndinin əhvalatları"
18. Seymur Baycan - əsərləri
19. Çingiz Abdullayev - əsərləri
20. Varis - əsərləri
Qaynar.info
Şərhlər