Ölkə 15:44 21.10.2021

Azərbaycanlılarla erməninin işbirliyi 26 nəfərin ölümünə səbəb oldu

Rusiyanın Sverdlovsk vilayətində saxta spirtli içkidən zəhərlənib ölənlərin sayı 26 nəfərə çatıb.

Artıq faktla bağlı 3 nəfər saxlanılıb. Bunlar Azərbaycan vətəndaşları Nadir Məmmədov, Anar Eyvazov və Ermənistan vətəndaşı Armen Avetisyandı.

Məlumata görə, saxta içkilər vilayətin Verx-İsetsk rayonunda metil spirtindən hazırlanırmış. Sonra isə Botanika bazarında parakəndə şəkildə satılırmış.

Yerli mətbuatın yazdığına görə, baş verənlərin miqyası böyük olduğundan Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin birbaşa nəzartiədədir.//Lent.az