Azərbaycanlı milyarder

Azərbaycanlı milyarder "Forbes"in siyahısında

"Forbes" jurnalı rusiyalı milyarderlərin siyahısını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyahıda ilk yerdə 26,2 milyard dollar sərvətlə "Sibura", "Novatek" şirkətlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. Onu 22,1 milyardla Qennadi Timçenko izləyir. Siyahıda 3-cü yerdə Azərbaycan əsilli milyarder, "Lukoyl" şirkətinin sahibi Vahid Ələkbərov yer alıb. Onun sərvəti 21,2 milyard dollara bərabərdir. 

İlk beşlikdə 20,8 milyard dollar sərvətlə "NLMK” şirkətinin rəhbəri Vladimir Lisin və 20,4 milyard dollarla "Severstali” şirkətinin sədri Aleksey Mordaşov da var.

Gülşən

XƏBƏRLƏR
BLOGLAR