Xəbər lenti

Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir! (R)
Ölkə 16:47 13.09.2018

Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir! (R)

Klinikanın həkimləri Ergi kəndində pulsuz xidmət göstərəcəklər.

Insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirən "Azercell Telekom” MMC 7 ildir  "Mobil Göz Klinikası” ilə aztəminatlı ailələrin və uşaqların ümid yerinə çevrilib. 2011-ci ildən indiyə qədər Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlarımıza səfər edən, minlərlə ehtiyacı olan insana yardım edən klinikanın həkimləri sentyabrın 14-də Ağdamın Ergi kəndində xəstələri qəbul edəcəklər. Göz xəstəliklərindən əziyyət çəkən insanlar Azercell-in bu unikal layihəsindən yararlana bilərlər. Klinikaya müraciət etməklə insanlar peşəkar oftalmoloqların, mütəxəssislərin müayinəsindən keçib, gözlərin qorunması üçün zəruri məsləhətlər almaq imkanı əldə edəcəklər. Ehtiyac olan təqdirdə xəstələrə eynək reseptləri də yazılacaq. Respublika miqyaslı bu təşəbbüs Ağdamda da valideyn himayəsindən məhrum olan uşaqları, həmçinin ahılları və aztəminatlı ailələri əhatə edəcək. Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində təkcə ötən ildən etibarən "Mobil Göz Klinkası”nda ümumilikdə 2300-ə yaxın şəxs müayinədən keçib. 

Qeyd edək ki, fəaliyyət göstərdiyi 22 il ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, sahibkarlığın, insan qaynaqlarının inkişafına 1996-2017-ci illər ərzində 18 milyon 718 min 649,12 ABŞ dolları həcmində vəsait sərf edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->