“Azərenerji”nin işçisini “tok” vurub öldürdü

“Azərenerji”nin işçisini “tok” vurub öldürdü

Sentyabrın 18-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Kənan Ağayev elektrik cərəyanı vurması nəticəsində ölüb.

Şəhər prokurorluğundan Qaynarinfo-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla "Azərenerji” ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində fəhlə işləyən Kənan Ağayevin perforator ilə sığınacaqda təmir işləri görən zaman elektrik cərəyanının təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR