“Azərenerji”nin sədri Baba Rzayevin şirkəti “Azərenerji”yə xüsusi geyimlər alacaq...

“Azərenerji”nin sədri Baba Rzayevin şirkəti “Azərenerji”yə xüsusi geyimlər alacaq...

"Azərenerji” ASC bu gün müxtəlif xüsusi geyimlərin satın alınması ilə bağlı "Electro Service” QSC ilə müqavilə bağlayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilənin dəyəri 686 min 75 manat olub.

Müqaviləyə görə, şirkət 150 dəst xadimələr üçün xələt, 1000 yağmurluq, 100 önlük, 250 köynək, 520 sviter, 2500 cüt ayaqqabı, 1300 fəhlə geyim dəsti, 1000 gödəkçə, 500 mühəndislər üçün geyim dəsti, 300 gödəkçə (mühəndislər üçün), 500 dəbilqə, 520 köynək, 520 dəri ayaqqabı, 520 mühafizəçi kostyumu, 520 cüt paqon, 520 emblem, 520 şevron qol, 520 kakarda, 520 qalstuk, 520 papaq, 520 gödəkçə (mühafizəçi üçün) alınıb, "Azərenerji”yə veriləcək.
 
 

Sadə bir hesablama ilə  müəyyən etmək olar ki, şirkət 13120 ədəd müxtəlif geyimin bir ədədini təqribən 52 manatdan "Azərenerji”yə satacaq.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 8-də yaradılan şirkət Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 187B ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Tural Əli oğlu Babayevdir. 

Mediada yayılan məlumatlardan aydın olur ki, şirkət "Azərenerji” ASC-nin sədri Baba Rzayevə məxsusdur. Baba, Emin və Rahib Rzayev qardaşlarının idarə etdikləri şirkətlərlə eyni ünvanda daha bir neçə tikinti və təchizat şirkəti ("Electro Service” QSC və "Electro Construction” QSC – ilk adı "Verdikt Construction” MMC) yerləşir. Təkcə "Electro Service” QSC 2019-cu ildə "Azərişıq” ASC-yə 10,6 milyon manatlıq elektrik sayğacı, elektrik malları və aksessuarları satıb.

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR