Ekonomiks 09:54 22.01.2022

"Azeri Light" neftinin qiyməti 91 dollara düşdü

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,48 ABŞ dolları, yaxud 1,59 % azalaraq 91,41 ABŞ dollarına çatıb.

Ötən gün "Brent” markalı neftin bir bareli 87,57 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?