Azəriqaz: Apreldə 5 mindən çox yeni abonent qeydə alındı

Azəriqaz: Apreldə 5 mindən çox yeni abonent qeydə alındı

Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 885 yeni abonent qeydiyyata alınıb.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, onlardan 3 995-i Bakı, Abşeron və Sumqayıt, 1 890-ı isə regionların payına düşür. Bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 429 yeni abonent qeydiyyata alınıb.

Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.
 
X
XƏBƏRLƏR
BLOGLAR