Xəbər lenti

“Azəriqaz”da şok: iki müavin işdən çıxarıldı - YOXLAMA
Ekonomiks 10:36 26.04.2014

“Azəriqaz”da şok: iki müavin işdən çıxarıldı - YOXLAMA


Hesablama Palatası “Azəriqaz” İstehsalat Birliyində ciddi yoxlamalara başlayıb və ilkin nəticələrə görə “Azəriqaz” sədrinin iki müavini artıq işdən çıxarılıb.

“Axar.az”a daxil olan məlumata görə, 2009-cu ildə ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında Prezident fərmanından və “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti və onun tabeliyində olan təşkilatların bazasında Dövlət Neft Şirkətinin tərkibində “Azəriqaz” İstehsalat Birliyi yaradılandan bəri bu, ən ciddi yoxlamadır:

“Yoxlamaların əsas səbəbi qaz itkilərinin son aylar həddindən çox artmasıdır. İtkilərin artması Birlikdə yoxlama aparan mütəxəsisləri şübhələndirib və hazırda “Azəriqaz”da ciddi narahatlıq yaşanır”.

Bildirilir ki, yoxlamanın ilkin nəticəsi olaraq sədrin iki müavin – Ziyad Cəlilov və Aydınbəy Amanov vəzifələrindən azad ediliblər:

“Ancaq bu, son deyil. ARDNŞ-nin vitse-prezidenti və bu sahədə kifayət qədər nüfuzlu mütəxəsis sayılan Mikayıl İsmayılov yoxlamaların nəticəsindən və qaz itkisinin maksimal səviyyəyə qalxmasından narazılığını bildirib və reallığın ortaya qoyulmasını tələb edib. Bundan sonra isə Birliyin baş direktoru Əkbər Hacıyevin vəzifədə qalıb-qalmayacağı müzakirə mövzusuna çevrilib”.

Mənbənin sözlərinə görə, itkilərin aradan qaldırılması və işdə səhlənkarlığa yol verən kadrların əvəzlənməsi prosesi davam edəcək: “Hər şey Hesablama Palatasının yekun rəyindən asılıdır. Hazırda fakt yalnız ondan ibarətdir ki, ötən il qaz itkisi bu vaxta qədər olmayan səviyyədə yüksəlib”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->