Ölkə 16:34 22.07.2019

"Azəriqaz"dan təmir-tikinti işləri aparan qurumlara müraciət

"Azəriqaz” İstehsalat Birliyi təmir-tikinti işləri aparan qurumlara müraciət edib.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu gün Bakının Yasamal rayonunda "Sovetski” kimi tanınan ərazidə, S. Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb. "Azəriqaz” İB yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bu gün saat 13:40-da bərpa etməyə nail olub.

"Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur”, - deyə İB-nin məlumatında deyilir.