Ekonomiks 16:54 27.09.2021

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Cəlilabadın kənində olacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu dəfə "Səyyar qəbul otağ”ı Cəlilabad rayonunun Cəfərli kəndində təşkil olunacaq.

Sentyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.