“Azərişıq” qalmaqallı  baş həkimin şirkətinə 2 milyonluq tender verdi

“Azərişıq” qalmaqallı baş həkimin şirkətinə 2 milyonluq tender verdi

24 fevralda "Azərişıq" ASC mobil tətbiqi dəstəkləyən kart oxuyucuların satınalınması ilə bağlı müsabiqəyə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, 2 milyon 65 min manat məbləğində olan tenderin qalibi "Merkaba-Soft" MMC-dir.
 

Tenderin şərtlərinə görə, "Azərişıq" ASC-yə 100 min ədəd smart kart oxuyucusu satılacaq.

300 manatlıq nizamnamə kapitalına malik "Merkaba-Soft" MMC 21.06.2019 tarixində yaradılıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 119, m. 8, qanuni təmsilçisi isə Yüzasif Qara oğlu Kərimovdur.

Şirkətin fəaliyyəti ilə internet resurslarında heç bir məlumata rast gəlmək mümkün deyil. Eləcə də dövlət satınalmalarında iştirak etməsi ilə bağlı da hər hansı bir informasiya yoxdur. Amma şirkətin qanuni təmsilçisi Yüzasiq Kərimovla bağlı kifayət qədər qalmaqallı məlumatlar var. Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimi, Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olan Yüzasif Kərimov oğlu Rəhim Kərimovun 2016-ci ildə Diplomatiya Akademiyasının (ADA) tələbəsi Rüfət Allahverdiyevin ölümünə səbəb olan yol qəzası törətdiyi vaxt adı mediada hallanıb. 

Sözügedən qəzada maraqlı məqamlardan biri də Rəhim Kərimovun idarə etdiyi maşının "Real" MMC qeydiyyatında olması ilə bağlıdır. Bu isə onu deməyə əsas verir ki, sabiq baş həkimə aid bir-neçə şirkət var. Və baş həkim işlədiyi zamanlarda bizneslə məşğul olub...

Orxan Həsənli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR