Xəbər lenti

Azәrbaycan klubunun 4 üzvü Belçikaya buraxılmadı
İdman 08:05 09.10.2019

Azәrbaycan klubunun 4 üzvü Belçikaya buraxılmadı

"Araz" komandası bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, futzal üzrə Azərbaycan çempionu "De Bres Arena”da Belçika çempionu "Halle Gooik”lə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 22:30-da başlanacaq matça "Araz" itkilərlə çıxacaq. Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyib. Çətin durumla üzləşən Naxçıvan təmsilçisi 8 futzalçı ilə mübarizə aparacaq.

9 oktyabr

Çempionlar Liqası

22:30. "Araz” - "Halle Gooik” (Belçika)

Halle şəhəri. "De Bres Arena"

Hakimlər: Nikola Jelic (Xorvatiya), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova)

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya)

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye

Baş məşqçi: Joze Alesio Da Silva

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->