Ölkə 20:21 05.04.2019

AzTV-nin əməkdaşı təkzib etdi: “Yazılanlar tamamilə absurddur”

Bu gün "Qaynarinfo.az” saytında "azeuronews.com” saytına istinadən "AzTV-də qalmaqallı kadr dəyişikliyi: televiziyanın daha bir xarici bürosu bağlandı” başlıqlı yazı yerləşdirilib.

Məsələ ilə bağlı yazıda adı çəkilən televiziyanın əməkdaşı Fadil Paşayev saytımıza açıqlamasında materialda onun haqqında səsləndirilən fikirlərin həqiqəti əks etdirmədiyini bildirib: "Mən 5 il AzTV-nin Qazaxıstan və Orta Asiya ölkələri üzrə müxbir məntəqəsinin rəhbəri kimi çalışmışam və bu vəzifədən öz istəyimlə azad olunmuşam. Yazıda büronun bağlanması barədə deyilənlər də doğru deyil, büro öz işini davam etdirir. Yazıda qeyd edildiyi kimi işdən kənarlaşdırılmağım üçün ərizə də yazmamışam. Yazılanlarda heç bir həqiqət payı yoxdur və tamamilə absurddur. Hesab edirəm ki, bu cür ifrat yalanların tirajlanması sifarişlidir və hansısa məqsədə xidmət edir.”.