Xəbər lenti

Baba Vəziroğlu: “Nə yaxşı, Hacı Zeynalabdin postament üzərinə qoyulmayıb...”
Ölkə 16:45 18.01.2022

Baba Vəziroğlu: “Nə yaxşı, Hacı Zeynalabdin postament üzərinə qoyulmayıb...”

"Nə yaxşı, Hacı postamentin üzərinə qoyulmayıb... Çünki bizə, millətə heç vaxt yuxarıdan aşağı baxmağı özünə rəva görməzdi”.

Qaynarinfo xəbər verir ki, bunu şair Baba Vəziroğlu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsi ilə bağlı fikirlərini şərh edərkən deyib. Şair Hacı Zeynalabdin Tağıyevin yenidən qayıtdığını vurğulayıb:

"O, bizim birimiz idi, hamımızla bərabər yol gedirdi və gələcəyimizi düşünürdü... Düşünürdü ki, millətimiz XXI əsrə Novruzəli, Xudayar bəy təfəkkürü ilə yox, ağıllı, savadlı, mədəni bir toplum kimi yetişsin. Səd heyif! Hacı təzədən qayitdı, yenə bizim aramızdadı, deyəsən, dübarə bizə sözü var. Bu dəfə heç olmasa, o böyük Kişini, bilmərrə, peşiman etməyək...”

Bahar

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->