Foto 10:28 08.03.2021

Badamdarda yenidən sürüşmə oldu (FOTO/YENİLƏNİB)

Bakının Səbail rayonunda Bir az əvvəl baş verən sürümə nəticəsində bir neçə gün əvvəl təmizlənən Badamdar şose yenidən bağlanıb.

APA-nın sürüşmə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb. 
 
09.56

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən hadisə yerindən fotoları təqdim edir.