Xəbər lenti

Bahalı plastik əməliyyatlar olmadan bu məşhurlar necə görünərdilər?.. (FOTO)
Foto 19:35 29.09.2020

Bahalı plastik əməliyyatlar olmadan bu məşhurlar necə görünərdilər?.. (FOTO)

NTV kanalında "Necə gözəl olmaq olar" verilişində plastik cərrah Amjad Əl-Yusif yaşlarından daha gənc görünən SSRİ Xalq artistləri 73 yaşlı Sofia Rotaru və 71 yaşlı Alla Puqaçovanın hansı növ plastik əməliyyatlar etdiyini fotoşəkillərdən müəyyənləşdirib. Bundan sonra isə bir neyrosetin köməyi ilə sənətçilərin əsl üzləri bərpa edilib. Bəs bahalı plastik əməliyyatlar olmadan onlar necə görünərdilər?..


Qaynarinfo xəbər verir ki, gəncləşən Alla Puqaçovanın portretlərini araşdıran cərrah onun boyun nahiyəsinin çox yaxşı liftinq edildiyini - qaldırıldığını qeyd edib. "Aydın bir oval, dartılmış formalı, sallaq buxaqsız, hər şey incə və uyğundur", - ekspert deyib.


Onun sözlərinə görə, Primadonna eyni zamanda üz düzəltmə, alının endoskopik qaldırılması, üst və alt göz qapaqlarında blefaroplastika əməliyyatları etdirib. Sofiya Rotaru üzərində işləmiş mütəxəssislərin işinə gəlincə, cərrah onu "sənət əsəri" adlandırıb: "Bu, inanıram ki, bir plastik cərrahın çatmağı arzuladığı tam bir etalon plastik cərrahiyyədir".


Onun sözlərinə görə, Rotarunun yuxarı və alt göz qapaqlarında əməliyyat edilib, artıq dəri çıxarılıb, qaş nahiyəsi endoskopik qaldırılıb, üzü dartılıb, boynu qaldırılıb.


Bundan sonra, neyroset müğənnilərin üzlərinə hələ bir plastik cərrahın skalpeli dəymədiyi gənclik zamanlarının fotolarını əsas götürüb və onların üzərində işləyərək, bu qadınların bahalı manipulyasiyalar etdirməsəydilər, indi necə ola biləcəkləri nəticəni təqdim edib.


"Nəticə adi rus nənələrinin sadə, mehriban üzləridir", - deyə proqram müəllifləri qeyd ediblər.

 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->