Bakcell "1 iyun"u uşaqlarla birgə qeyd etdi (VİDEO)
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi gününü Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı və "SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsindəki xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqlarla birgə keçirib.
Qaynarinfo xəbər verir ki, 200 nəfərə yaxın uşağın iştirakı ilə "SOS Uşaq Kəndi”ndə keçirilən bayram tədbirində uşaqlar maraqlı əyləncə və müsabiqələrdə iştirak edib.
Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan "Bakcell Stars” proqramını həyata keçirir. Xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafına həsr olunmuş layihələr çərçivəsində indiyə kimi minlərlə uşaq və gənc Bakcell şirkətindən dəstək alıb.
"SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB və "Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirilən onlarla layihə vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiya olunmaları istiqamətində işlər görülüb
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər