Xəbər lenti

Ölkə 13:29 16.04.2021

Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 hakimi koronaviusa yoluxdu

Azərbaycanda bir məhkəmənin dörd hakimində koronavirus aşkarlanıb.

"Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19 testinin cavabı pozitiv çıxıb.

S.Hacıyev "Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsi faktı təsdiqləyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?