Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə dəniz suyunun yoxlanılması ilə bağlı monitorinqlərə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Lent.az-a mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Bakı şəhərinin 6 rayonu inzibati ərazisində yerləşən dəniz suyundan nümunələr götürülür: "Eyni zamanda respublikanın, cənub, şimal rayonlarında və Sumqayıt şəhərində tədqiqat aparılır. Biz fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji, sanitar göstəricilər üzrə dəniz suyunun laborator instrumental müayinəsini həyata keçiririk”.
Z. Kazımov qeyd edib ki, aparılan müayinənin nəticələri yaxın 10 gün ərzində açıqlanacaq:”Ancaq 2010 ildən indiyə qədər Səbail rayonundakı Şıx və Qaradağ rayonundakı Sahil çimərliyi bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub. Buna görə də burada əhalinin çimməsi məqsədəuyğun deyildi. Digər çimərliklər isə normal standartlara cavab verirdi. Amma bu ilki nəticələr aparılan tədqiqatlardan sonra bəlli olacaq”.
Şərhlər