Xəbər lenti

Ekonomiks 20:30 14.08.2015

Bakı Dəmiryol Vağzalı sentyabrın 15-də açılacaq

Bakı Dəmiryol Vağzalında bir müddət əvvəl başlayan təmir-tikinti işləri hələ də bitməyib.


Tikinti işləri ilə əlaqədar olaraq bilet kassalarının yerinin dəyişdirilməsi, əvvəlki yerlə müqayisədə daha uzaqda olması bəzi sərnişinlərə çətinlik yaradır.


Tikintinin nə zaman bitəcəyinə “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov aydınlıq gətirib. 


Nadir Əzməmmədov virtualaz.org saytına açıqlamasında bildirdi ki, sərnişin stansiyalarında platformalar qurulub, ora yollara çəkiilir: “Sumqayıt sərnişin stansiyasında da platformalara qoyulub, yollar qurulur. Ümumilikdə hazırda tamamlanma işləri gedir. Çalışırıq ki, Bakı-Sumqayıt qatarını sentyabrın 15-də xəttə buraxaq. Bütün heyət cəlb olunub ki, işlər maksimum sürətlə getsin”.


Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?