Ölkə 22:28 24.01.2022

Bakı-İstanbul axşam reysi ləğv edildi

İstanbula yağan güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Hava Yollarının mətbuat xidməti yayıb.

Qeyd olunub ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?