Xəbər lenti

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb
Ölkə 22:52 14.06.2018

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb

"Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2017-2018-ci dərs ili üçün 1349 vakansiya təqdim olunub. Tədris ilinin əvvəlinə 990 nəfər daimi əsaslarla işə qəbul olunub".

APA-nın xəbərinə görə, bu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında əksini tapıb.

Hesabatda bildirilib ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 900-dən artıq müəllim işə qəbul üçün göndərilib: "2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən 04.06.2018-ci il tarixdə start verilən müəllimlərin yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 641 vakansiya təqdim olunub".

Qeyd olunub ki, 2018-ci il yanvarın 1-dən ötən ilin aprel-may aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqısı artırılıb: "Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 552 manat təşkil edir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirilmədə müəyyən səbəblərdən iştirak etməyən və ya öz nəticələrini yaxşılaşdırmaq məqsədilə təkrar iştirak etmək istəyən 2622 nəfər müəllim, direktor və direktor müavini diaqnostik qiymətləndirməyə qatılıb".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->