Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 191 nömrəli tam orta məktəbin VI sinif şagirdi Yasin İbrahimov Rusiya Federasiyasında 11-13 yaşlılar arasında keçirilən taekvando idman növü üzrə dünya çempionatında 34 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib və qızıl medal qazanıb.
Təhsil idarəsindən Qaynarinfo-ya bildiriblər ki, 238 nömrəli tam orta məktəbin X sinif şagirdi Səbuhi Abbasov qaydasız döyüş idman növü üzrə 15-17 yaşlılar arasında Moskva şəhərində keçirilən dünya çempionatında II yerə layiq görülüb. Yarışın nəticələrinə əsasən, məktəbli gümüş medal və dilpomla təltif olunub.
Bundan əlavə, Bakı şəhəri 81 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ələkbər Qafarzadə qaydasız döyüş idman növü üzrə 11-12 yaşlılar arasında Bakıda keçirilən dünya çempionatında 35 kiloqram çəki dərəcəsində I yerə layiq görülüb. Ə.Qafarzadə qızıl medal və diplomla təltif edilib. 13 nömrəli məktəbin şagirdləri isə Türkiyədə cüdo üzrə keçirilən beynəlxalq yarışda qalib gəliblər.
Şərhlər