Xəbər lenti

Bakı merinin qardaşına yüksək vəzifə verildi
Ölkə 12:15 13.12.2018

Bakı merinin qardaşına yüksək vəzifə verildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə,  Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri təyin edilib. 

Xəbəri Aydın Əzizov təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->